ABŞ rəsmisi İçərişəhərdə təndir çörəyi yedi - FOTO

ABŞ rəsmisi İçərişəhərdə təndir çörəyi yedi -  FOTO
  09 İyun 2021    Oxunub:1450
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Riker Azərbaycana səfəri çərçivəsində İçərişəhəri ziyarət edib.
Azvision.az bu barədə ABŞ-ın Bakıdakı səfirliyinə istinadla xəbər verir.

Məlumatda qeyd edilib ki, Riker Azərbaycanda yalnız bir neçə günlük səfərdə olmasına baxmayaraq, Bakının əzəmətli tarixi abidələrdən biri olan İçərişəhəri ziyarət etmək şansını əldən verməyib.

“Öz işgüzar səfərinin sonunda səfir Riker Şirvanşahlar sarayını və İçərişəhərin digər tanınmış yerlərini ziyarət edib. Bakının həqiqətən mədəniyyətlərin qovşağı olduğunu qeyd edən rəsmi növbəti səfər zamanı küləklər şəhərini kəşf etməsinə daha çox vaxt ayıracağına umid edir", - məlumatda vurğulanıb.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Səfər  





Xəbər lenti