Gündəlik yoluxma sayı 68-ə düşdü

   Gündəlik yoluxma sayı 68-ə düşdü
  09 İyun 2021    Oxunub:954
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 626 nəfər müalicə olunaraq sağalıb, 4 948 nəfər vəfat edib. Aktiv xəstə sayı 2343 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, bu günə qədər isə 3 589 231 test icra olunub.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti