Koronavirus sertifikatı Avropa parlamentində qəbul edildi

  09 İyun 2021    Oxunub :383
Koronavirus sertifikatı Avropa parlamentində qəbul edildi
Avropa İttifaqında koronavirus rəqəmsal sertifikatı tətbiq olunacaq.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Avropa parlamentində qərar qəbul edilib.
Məlumata görə, qanun Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, koronavirus sertifikatı Avropa İttifaqında rəsmi olaraq 1 iyul tarixində istifadəyə veriləcək. Lakin sənəd artıq test rejimində verilir və bir milyondan çox avropalı onu əldə edib.

Azvision.az

Teqlər: Koronavirussertifikatı