Suriyada partlayış: Rusiya hərbçisi öldü, yaralılar var

  Suriyada partlayış:    Rusiya hərbçisi öldü, yaralılar var
  09 İyun 2021    Oxunub:925
Suriyanın Haseke əyalətində zirehli avtomobilin partladılması nəticəsində Rusiya hərbçisi həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, partlayış zamanı daha 3 hərbçi yaralanıb. Yaralılar tibb müəssisəsinə yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Azvision.az


Teqlər: Suriya   Partlayış  





Xəbər lenti