“Atam Türkiyəyə aparılmayıb, Bakıdadır” - YENİLƏNİB

 “Atam Türkiyəyə aparılmayıb, Bakıdadır” -  YENİLƏNİB
  10 İyun 2021    Oxunub:2157
Xalq artisti Arif Babayev səhhətində yaranan problemlə əlaqədar təcili Türkiyəyə aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, tanınmış xanəndə həkimlərin məsləhəti ilə Türkiyəyə aparılıb.

Qeyd edək ki, Xalq artisti Arif Babayev ötən il insult keçirmişdi.

***

Xalq artistinin oğlu Yaşar Babayev APA-ya açıqlamasında bildirib ki, Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır.

O deyib ki, atasının səhhəti normaldır: “Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.

Azvision.az



Teqlər: ArifBabayev  





Xəbər lenti