Paşinyanla Koçaryanın tərəfdarları arasında qanlı dava: Yaralılar var (VİDEO)

 Paşinyanla Koçaryanın tərəfdarları arasında qanlı dava:  Yaralılar var (VİDEO)
  10 İyun 2021    Oxunub:3034
Ermənistanda seçkiöncəsi siyasi gərginlik qalmaqallarla davam edir.

Azvision.az xəbər verir ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarları ilə eks-prezident Robert Koçaryanın tərəfdarları arasında növbəti dəfə dava düşüb.
Məlumata görə, Koçaryanın tərəfdarları Paşinyanın əleyhinə "satqın", "xain" şüaları səsləndiriblər. Bu səbəbdən tərəflər arasında qarşıdurma yaşanıb. İnsident nəticəsində xəsarət alanlar olub. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl də hakimiyyətə iddialı olan Koçaryanın və Paşinyanın tərəfdarları arasında dava düşmüşdü. Hadisə Çarentsavan şəhərində baş vermişdi. Belə ki, Nikol Paşinyanın tərəfdarları Robert Koçaryanın rəhbərlik etdiyi "Hayastan" blokunun qərargahına hücum edərək binanı yumurta atəşinə tutmuşdular.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Koçaryan  





Xəbər lenti