Vətən yaxşıdır! - Zəngilandan ilk VİDEOBLOQ

 Vətən yaxşıdır!  - Zəngilandan ilk  VİDEOBLOQ
  10 İyun 2021    Oxunub:4049
Vətən sevgisi ülvi duyğudur deyirdilər. Bunun ən gözəl nümunəsini Vətən müharibəsində yaşadıq. Azərbaycanın qəhrəman oğurları dəmir yumruq kimi birləşərək 44 gün ərzində 30 illik işğala son qoydular. Xalqımız sözlə ifadə olunmayan möhtəşəm Zəfər sevinci yaşadı. Qələbəmiz bizi uzun illər həsrətində olduğumuz doğma Qarabağa qovuşdurdu...
Təəssüflər olsun ki, işğaldan azad edilən rayonlara hər səfərimizdə dəhşətli mənzərələrin, erməni barbarlığının şahidi oluruq. Vəhşi düşmən işğal dövründə bütün şəhər və rayonlarımızı yerlə-yeksan edərək xarabalığa çevirib.

Ermənilərin talan etdiyi rayonlarımızdan biri də Zəngilandır. Bu yaxınlarda Zəngilana səfər edən əməkdaşımız Bəxtiyar Məmmədov orada gördüyü, şahidi olduğunu mənzərələri lentə alaraq, izləyicilərimiz üçün videobloq hazırlayıb.

Həmin videonu izləyərək, Zəngilana virtual səhayət edə, oradakı vəziyyətlə tanış ola bilərsiniz:



Azvision.az


Teqlər: Zəngilan   Video  





Xəbər lenti