Bəs siz hansı suyu içirsiniz?! - FOTOLAR

   Bəs siz hansı suyu içirsiniz?! -  FOTOLAR
  10 İyun 2021    Oxunub:4478
Dünyanın 70, insan orqanizminin 60 faizini təşkil edən suyun həyat üçün vacib nemət olması artıq qəlibləşmiş deyim deyil. Xüsusilə, qlobal istiləşmə dövründə şirin su ehtiyatlarının azalması fonunda suyun dəyəri daha da artıb. Lakin istifadə edilən suyun təmizliyi, sağlamlıq üçün faydaları da əsas şərtdir. Yəni hər su da həyat, sağlamlıq demək deyil. Elə bazarda bulaqlar əvəzinə, Bakıətrafı ərazilərdən doldurulan, standartlara cavab verməyən məhsullar buna nümunə olar. Yəni bizə bəh-bəhlə təqdim edilən su minerallarla zəngin olmaq əvəzinə ölü su olur. Lakin məhsulunun keyfiyyətini əsas tutaraq insanların sağlamlığına xidmət edən istehsalçılar az da olsa var.
Bunlardan biri də Azərbaycanın su bazarında iri paya sahib “Slavyanka”, “Gədəbəy” suları dır. Gədəbəyin 1500 metrlikdəki bulaqlarından çıxan və qablaşdırılan suyun minerallarla zənginliyi dillər əzbəridir.

Hər kəsin sevərək istifadə etdiyi “Salvyanka” sularını istehsal prosesində izləmək və deyilənlərin reallığa əsaslandığını müəyyənləşdirmək üçün Gədəbəy Mineral Suları fabrikində olduq. “Slavyanka” suları Gədəbəy dağlarında olan 8 bulağın sularından formalaşır. Müxtəlif istiqamətlərdən 8 boru vasitəsilə gələn su 2 boru xətti ilə anbara daxil olur.



Suyun temperaturu borulara daxil olanda 11 dərəcədə olur. İstehsalat prosesində qablaşdıralan zaman temperatur 14 dərəcəyə qədər yüksəlir. Bu, suyun bulaqlardan gəldiyinin digər sübutudur. Daha sonra su membran örtüklə izolyasiya olunmuş yeraltı anbarlara daxil olur.



Fabrikin istehsal müdiri Nadir İbrahimov bildirdi ki, su bulaqdan çıxıb istehsal prosesinə gedənə qədər müxtəlif filtrlərdən keçir, onun ağır metalları təmizlənir. “Suyun keyfiyyətinə, fiziki-kimyəvi tərkibinə isə xələl gətirilmir. İlk 700 tonluq anbara su daxil olduqdan sonra burada dinləndirilir və daha sonra borular vasitəsilə ikinci anbara daxil olur. Burada da qum və kömür filtlərindən keçir, suyun qoxusu, asılı maddələr təmizlənilir. Daha sonra ultrafiltrlərdəndə keçib yerüstü anbarlara ötürülür. Artıq buradan su istehsalat prosesinə yönəldilir. Suyun müxtəlif mərhələlərdə keçdiyi filtrlər həftəlik, aylıq və illik olaraq dəyişdirilir. Anbarlar isə ayda 2 dəfə təmizlənilir. Eyni zamanda, boruların təmizliyinə də xüsusi nəzarət olunur. Sularımız İSO sertifikatı ilə istehsal olunur, tam standartlara cavab verir. Minerallarla zəngin “Slavyanka” suları insan orqanizmi üçün çox faydalıdır”.



Suyun keyfiyyətinə nəzarət etmək üçün hər bir saatdan bir fikizi, kimyəvi analiz, həftədə bir dəfə isə mikrobioloji analiz götürülür. Bundan əlavə, istehsalat xəttindən şahid olaraq su götürülüb, şahid anbarında saxlanılır. Bir aydan və bir ildən sonra suda hər hansı problem olanda tutuşdurulur ki, xəta o butulkada olub, yoxsa həmin gün istehsalın hamısında olub.

N.İbrahimov “Slavyanka” sularına təlabatın artması fonunda yeni mənbə axtarışlarının da davam etdiyini qeyd etdi. “Perspektivdə istehsalı artırmaq nəzərdə tutulur. Hazırda fabrikin gücü gündəlik 250 min litrdir. Biz bunu 400 min litrə qədər çıxarda bilərik. Ona görə əlavə suya ehtiyac yaranır. Eyni zamanda, istehsalatda da əlavə su istifadə edildiyi üçün bizə 2 qat su lazım olur. İstehsalat zamanı istifadə edilən əlavə su da israf olunmur, yerli əhali tərəfindən kənd təsərrüfatında istifadə olunur”.



Fabrikdə 50 nəfər işçi çalışır ki, bunun da 95 faizi yerli sakinlərdir. Əhalimizi keyfiyyətli təbii su ilə təmin edən şirkət eyni zamanda regionda insanların işlə təmin olunmasını da əsas tutub. Pandemiyanın pik vaxtlarında belə istehsalı dayandırılmayan zavodda işçilər tələblərə uyğun çalışıb. Mütəmadi dezinfeksiya işləri fonunda işçilər daim müayinələrdən keçib. Hazırda isə işçilər koronavirusa qarşı peyvənd olunublar.



Bu gün Gədəbəy sularının bazarda fərqlənməsinin bir səbəbi də tam minerallarla zəngin olmasıdır. Gədəbəy sularının minerallığı 180-dir. Eyni zamanda suda olan metasilikat turşusu böyrək daşlarına, öd yollarına da xeyirdir.
Fabriklə tanışlıq zamanı burada pet və şüşə butulkalarda 38 çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunduğu qeyd edildi. Bütün məhsullar tam avtomatlaşdırılmış şəkildə, insan əli dəymədən istehsal olunur.



Müəssisənin keyfiyyətə nəzarət şöbəsinin müdiri Selim Kara limonad istehsalında tamamilə təbii şəkərdən istifadə edildiyini qeyd etdi. Yəni hər kəs “Slavyanka” limonadlarını rahatlıqla alıb istifadə edə bilər. Belə ki, limonad istehsalında təbii şəkər 65-70 dərəcədə əridilib, pasterizə olunur. Daha sonra filtrdən keçirilib, şərbət halına salınır, qarışma cihazına göndərilir.



“Gün ərzində limonad istehsalı potensialımız 50 min litrə qədərdir. Hazırda pandemiya səbəbindən gündəlik olaraq 10-12 min litr limonad istehsal edirik. Çalışırıq ki, tələbatı aşmayaq, əks təqdirdə məhsulların son istifadə tarixi bitir və biz məhsulu geri qaytarırıq”.



Gədəbəy sularının pərakəndə bazarı əsasən əhaliyə fokuslanıb. “Gədəbəy Mineral Suları” MMC-nin icraçı direktoru Adil Haqverdiyev bildirdi ki, bu gün onların 15 min aktiv müştəri bazası var.

“Amma ümumi müştəri bazamız 30 min nəfərdir. Bazarın böyümə trendi var. Özümüzə hədəf qoyub daha çox çatdırılma edəcəyik. Bəzən qiymət fərqi qeyd edilir. Lakin insanlar nəzərə aldıqda ki, onların suyu Gədəbəydən bulaqdan gəlir, bu fərq görünmür. Bizim bazar qiymətimiz çox rəqabətcildir. Bakıda doldurulan sular 2,5-3 manata gətirilirsə, bizim sular 3,80 manatdır. Arada 80 qəpik fərq var, amma sularımız daha keyfiyyətlidir”.



İstehsalın böyüdülməsi nəzərdə tutulduğu üçün gələcəkdə fabrikdə yeni məhsul çeşidlərinin istehsal olunması nəzərdə tutulur. A.Haqverdiyev bildirdi ki, şirkət postpandemiya dönəmində bazarın yüksəlmə trendinə uyğun təlabatı qarşılaya biləcək.



Gədəbəy sularının müalicəvi əhəmiyyətindən danışarkən bir məqamı da vurğulamaq yerinə düşər. Elm suyun yaddaşının olduğunu, onun ətrafda baş verən hadisələrə, hətta səslərə, musiqiyə belə reaksiya verdiyini çoxdan sübut edib. Məşhur yapon alimi Massaqinin apardığı tədqiqatlar da göstərir ki, suyun üzərində səsləndirilən musiqilər onun tərkibini dəyişə bilir. Alimin tədqiqatları nəticəsində məlum olub ki, suya oxunan Quran ayəsi onun tərkibini müsbətə doğru xeyli dəyişir, suya daha da saflıq, təmizlik, insan orqanizmi üçün faydalılıq gətirir. “Slavyanka” və “Gədəbəy” suların heç bir suda olmayan daha bir özəlliyi məhz bu amillə bağlıdır. Bu suyun yığıldığı hovuzda gecə-gündüz fasiləsiz “Qurani-Kərimdən” surələr oxunur. “Slavyanka ” və “Gədəbəy” markalı sular təkcə təbiiliyinə və qablaşdırma texnologiyasına görə deyil, həm də tərkibinin saflığına, təmizliyinə, insan orqanizminə faydasına görə içilir və sevilir. Bir sözlə, Gədəbəyin dağlarından süzülüb gələn “Salvyanka”, “Gədəbəy” suları hər kəsin tam rahatlıqla istifadə edə biləcəyi bir markadır.















































Aytən Zəhra
Azvision.az



Teqlər: Slavyanka   Gədəbəy  





Xəbər lenti