Qubada 3 tondan artıq narkotik məhv edilib

  10 İyun 2021    Oxunub :414
Qubada 3 tondan artıq narkotik məhv edilib
Qubada yabanı halda bitən xeyli miqdarda narkotik tərkibli bitki aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Uzunmeşə kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,2 ton olan 5400 ədəd çətənə kolu aşkar edilib.

Aşkar edilmiş narkotik tərkibli bitkilər yandırma yolu ilə məhv edilib.


Azvision.az

Teqlər: Quba