Arxiyepiskop Aleksandr İşein vəfat edib

 Arxiyepiskop Aleksandr İşein vəfat edib
  10 İyun 2021    Oxunub:1413
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı və Azərbaycan Yeparxiyasının informasiya şöbəsindən bildirilib.

Qeyd edək ki, Aleksandr İşein 13 oktyabr 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

Azvision.az


Teqlər: Arxiyepiskop  





Xəbər lenti