Makronu şillələyən şəxs həbs olundu

 Makronu şillələyən şəxs həbs olundu
  11 İyun 2021    Oxunub:1525
Fransa prezidenti Emmanuel Makrona şillə vuran Demyen Tarel adlı şəxsin cəzası məlum olub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Valans məhkəməsi onun dörd ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib.

Tarelin müdafiəçiləri 10 gün ərzində məhkəmə qərarından şikayət verə bilər.

Xatırladaq ki, insident prezidentin Drom regionuna səfəri zamanı baş verib. Belə ki, Makron yerli sakinlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. Bu zaman Damyen ona şillə vurub.

Oxşar xəbər:

Makronu şillələdilər

Azvision.az


Teqlər: Makron  





Xəbər lenti