Lökbatanda yol qəzası tıxaca səbəb oldu - FOTO

Lökbatanda yol qəzası tıxaca səbəb oldu -    FOTO
  11 İyun 2021    Oxunub:976
Bakının Qaradağ rayonunda yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Kənar Dairəvi Yolda, Lökbatan dairəsi istiqamətində baş verən ağır yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub. İlkin məlumata görə, iki yük avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri aşıb. Bu səbəbdən qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.



Azvision.az


Teqlər: Yol   Qəza  





Xəbər lenti