Paşinyan türklərin simvolunu oğurladı - FOTO

 Paşinyan türklərin simvolunu oğurladı -  FOTO
  11 İyun 2021    Oxunub:815
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi namizədlərin təşviqat kampanaiyaları qalmaqallarla yadda qalır.
Azvision.az xəbər verir ki, iki gün öncə “Parlaq Ermənistan” partiyasının və eyniadlı fraksiyanın rəhbəri Edmon Marukyanın təşviqat kampaniyasında oğurluq ssenariyə əl atması ciddi narazılıq doğurmuşdu.

Belə ki, müxalif deputat Marukyanın təşviqat videosu Kanada baş naziri Castin Trüdonun seçkiöncəsi lentə alınan videorolikinin təkrarı olub.

Bu gün isə erməni mətbuatı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın seçki kampaniyasında türklərdən oğurluq etməsini gündəmə gətirib.

"Marukyanın gülünc piratçılığından öncə Nikol Paşinyanın Türkiyənin siyasi qüvvələrindən biri olan Rifah Partiyasının “Burada gələcək var” şüarını oğurladığını yazmışdıq. Nikol da eyni çağırışla- “gələcək var” şüarı ilə seçkilərə getdi. İndi məlum olur ki, Paşinyan türklərdən təkcə partiya şüarı deyil, həm də simvolu oğurlayıb. Vətəndaş razılaşması partiyasının rəmzi zərrə qədər də dizaynı dəyişməyən əvvəlki türk rəmzlərindən biridir. Fotodan aşkar görünür ki, türklərin əl görüşməsini əks etdirən hazır dizayndan istifadə edilib",- deyə məlumatda qeyd olunub.

Bu addım sosial mediada gülüş doğurmaqla yanaşı ciddi qınağa səbəb olub. Ermənilər seçkilərə qatılan siyasətçiləri ortaya fərqli iş qoya bilməməkdə ittiham edirlər.



Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti