“YAŞAT” daha 3 şəhidin övladına hesab açır - FOTO
Azvision.az xəbər verir ki, şəhidlərimiz Fərid Nağıyevin övladı Anayın, Vüsal Hüseynovun övladı Nadirin, Qubat Əliyevin övladı Qubatın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Allah şəhidlərimizə rəhmət etsin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Azvision.az
Teqlər: YAŞAT Fond Şəhid-övladı