“Şuşada böyük müqavilə imzalanacaq” - Ərdoğan

  11 İyun 2021    Oxunub :846
 “Şuşada böyük müqavilə imzalanacaq” -  Ərdoğan
“Azərbaycanda öncə Füzuliyə səfər edəcəyik, oradan İlham Əliyev qardaşımla Şuşaya gedəcəyik”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan bildirib ki, Prezident İlham Əliyevlə Şuşada hərtərəfli müqavilə imazalanacaq: “Bu, Türkiyə ilə Azərbaycan arasında ən böyük sazişlərdən biri olacaq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının 15-də Azərbaycana səfər edəcək.

Azvision.az

Teqlər: Ərdoğan   Türkiyə   Prezident