"Gallup"un sorğusunda Koçaryan Paşinyanı üstələdi

 "Gallup"un sorğusunda Koçaryan Paşinyanı üstələdi
  11 İyun 2021    Oxunub:1089
“Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi yeni sorğunun nəticələrinə əsasən sabiq prezident Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku seçki marafonunda öndə gedir.
Azvision.az xəbər verir ki, bu barədə “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib. Onun sözlərinə görə, respondentlərin 24,1% -i Robert Koçaryanın “Ermənistan” blokuna, 23,8% -i isə Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasına səs verməyə hazır olduqlarını bildiriblər. Beləliklə, Koçaryanın bloku kiçik fərqlə liderlik edir.

Sorğu Ermənistanın bütün bölgələrində və paytaxtda iyunun 7-dən 10-dək aparılıb.
Ümumilikdə, 1103 respondentlə müsahibələr aparılıb. Onun sözlərinə görə, seçkilər gələn bazar günü keçirilsəydi, mənzərə sorğudakı nəticə kimi olardı.

Üçüncü yerdə Artur Vanetsyanın "Şərəfim var" blokudur ki, burada da seçicilərin 7,4% -i ona səs verməyə hazırdır. Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3,7%, Edmon Marukyanın “Parlaq Ermənistan” partiyası 3,1%, “Şirinyan-Babajanyan” bloku 2,5%, Aram Sarkisyanın Respublika Partiyası 2,3% səs alacaq.

Respondentlərin 53,9% -i seçkilərdə iştirak edəcəyini, 22,7% səsverməyə getməyəcəyini, 9,2% -i heç kimə səs verməyəcəyini bildirib. Rəyi soruşulanların 61,7% -i ölkədəki daxili siyasi vəziyyəti gərgin, 26,6% -i isə olduqca gərgin, 3.5% hər şeyin qaydasında olduğunu düşünür.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gallup  





Xəbər lenti