Son sutkada COVID-19-dan ölüm qeydə alınmadı

 Son sutkada COVID-19-dan ölüm qeydə alınmadı
  11 İyun 2021    Oxunub:1229
Azərbaycanda koronavirus infeksiyasından daha 287 nəfər müalicə olunaraq sağalıb, 73 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19-dan ölüm faktı qeydə alınmayıb.
Hazırkı dövrədək ölkəmizdə 335 min 65 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 194 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib. Aktiv xəstə sayı 1920 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 606 min 364 test aparılıb. Bugünkü test sayı isə 8515-dir.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti