“Son zəng” çalındı: Əlvida, məktəb! - VİDEO+FOTOLAR

  14 İyun 2021    Oxunub :2406
 “Son zəng” çalındı:  Əlvida, məktəb! -   VİDEO+FOTOLAR
Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” çalınıb.

Azvision.az xəbər verir ki, bir illik fasilədən sonra yenidən məktəblərdə ənənəvi "Son zəng" tədbirləri keçirilib.

Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın razılıq nəzərə alınaraq “Son zəng” tədbirlərinin müəyyən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilib.
Qeyd edək ki, respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Azvision.az -ın Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” mərasimindən hazırladığı reportajı təqdim edirik:





































Şahanə Rəhimli
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Sonzəng   Məktəb  






Xəbər lenti