Ərdoğan Brüsseldə Qarabağdan danışdı: “Gec də olsa, ədalət bərpa edildi”
NATO sammitində və zirvə çərçivəsində keçirdikləri ikitərəfli görüşlərdə faydalı müzakirələr aparıldığını diqqətə çatdıran Ərdoğan ölkəsinin xarici siyasəti, qlobal və regional proseslərdə sərgilədiyi mövqe, o cümlədən terrorizmə qarşı apardığı qətiyyətli mücadilə barədə geniş məlumat verib.
O bildirib ki, Türkiyə haqlı və mənafeyinə uyğun mövqeyini qorumaqda qərarlıdır.
Bundan əlavə, Qafqaz bölgəsindəki vəziyyətə toxunan Ərdoğan vurğulayıb ki, səylərimiz nəticəsində Dağlıq Qarabağda otuz illik gecikmə ilə də olsa ədalət bərpa olundu, düşmənçiliyin yerinə sülhün, xaosun yerinə sabitliyin, münaqişənin yerinə uzunmüddətli sülhün ala biləcəyi qapılar açıldı.
Oxşar xəbər:
Ərdoğanla Baydenin görüşü başa çatdı
Azvision.az
Teqlər: Ərdoğan