`Sahil` Ticarət Mərkəzi yanır - FOTOLAR, VİDEO | YENİLƏNİR

`Sahil` Ticarət Mərkəzi yanır - FOTOLAR, VİDEO | YENİLƏNİR
  12 Mart 2014    Oxunub:1711

`Yanğının ilkin səbəbləri araşdırılır. Hələlik dəqiq səbəb məlum deyil`. Bunu jurnalistlərə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

Mirzəyev deyib ki, texnikaların hadisə yerinə yaxınlaşmasına küçədə olan nəqliyyatın çoxluğu maneçilik törədib. Bu da yanğının söndürülməsini ləngidib.

* * *

"Sahil" Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğın 1500 kvadratmetri əhatə edib. Bunu hadisə yerində olan jurnalistlərə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

* * *

Artıq "Sahil" stansiyasının giriş-çıxışı açılıb və hərəkət bərpa olunub.

* * *

"Sahil" Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğın zamanı 5 nəfər xəsarət alıb.Əməkdaşımızın verdiyiy məlumata görə,bu barədə jurnalistlərə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov məlumat verib.
Onlardan 3 nəfəri tüstüdən zəhərlənib. Zərərçəkənlər ticarət mərkəzində işləyənlər yox, binada yaşayan sakinlər olub.

Baş həkim deyib ki, tüstüdən zəhərlənmə yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bundan əlavə daha 2 nəfər yüngül xəsarət alıb. Bunlardan biri FHN-in əməkdaşı, digəri isə vətəndaşlar arasında yanğını müşahidə edən şəxs olub.
Heç kim xəstəxanaya yerləşdirilməyib.

* * *

Hadisə yerinə 10-dan artıq yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub.

* * *

Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

* * *

Yanğın səbəbindən metronun "Sahil" stansiyasının giriş-çıxışı bağlanıb.

* * *

Bakının mərkəzində yerləşən məşhur `Sahil` Ticarət Mərkəzində yanğın baş verib.

AzVision.az-ın hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ticarət mərkəzinin üst mərtəbəsində yerləşən mənzildə baş verib. Alov qonşu mənzillərə də keçib.

Yanğını söndürmək üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Hələlik yanğının səbəbi dəqiq bilinmir.

Hadisə ilə əlaqədar "Sahil" stansiyasının çıxışı bağlanıb. Yanğın davam edir.

Fotolar AzVision.az-a məxsusdur.

Fatimə Kərimli
Foto, video: Elnur Muxtar


Qalereya




Teqlər:  





Xəbər lenti