Peyvənd olunanların son sayı açıqlanıb

   Peyvənd olunanların son sayı açıqlanıb
  18 İyun 2021    Oxunub:1225
Azərbaycanda bu gün 38 076 nəfər vaksinasiya olunub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 302 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 915 954, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 908 805, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 007 149 nəfər təşkil edir.



Azvision.az


Teqlər: Vaksin   Peyvənd  





Xəbər lenti