Mübariz İbrahimovun məzarı ziyarət edildi

  19 İyun 2021    Oxunub :788
Mübariz İbrahimovun məzarı ziyarət edildi
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin nümayəndə heyəti igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, anma mərasimində Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini deyən polkovnik Aydın Əyyubov Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu və bunun da Vətən müharibəsində 44 gün ərzində bir daha sübut olunduğunu xüsusi vurğulayıb.

Azvision.az

Teqlər: Mübariz-İbrahimov  






Xəbər lenti