AQTA Oğuzda kafedə nöqsanlar aşkarladı

  21 İyun 2021    Oxunub :389
AQTA Oğuzda kafedə nöqsanlar aşkarladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən fiziki şəxs İsmayılov Tehran Aman oğluna məxsus “Ad Günü” kafesində yoxlama keçirib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.



Azvision.az

Teqlər: AQTA   Oğuz   Kafe  






Xəbər lenti