Cəlilabadda 4 yaşlı uşağı maşın vurub

  21 İyun 2021    Oxunub :357
Cəlilabadda 4 yaşlı uşağı maşın vurub
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Azvision.az - a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 19-da saat 18 radələrində Cəlilabad rayonunun Alqasımlı kəndi ərazisində Üçtəpə kənd sakini İ.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yola çıxan kənd sakini, 4 yaşlı uşağı vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər:






Xəbər lenti