Ermənistan prezident idarəçiliyinə qayıtmalıdır - Sarkisyan

  21 İyun 2021    Oxunub :510
 Ermənistan prezident idarəçiliyinə qayıtmalıdır -  Sarkisyan
Ermənistan prezidenti hesab edir ki, ölkəsi nə prezident, nə də parlament respublikasıdır.
Ermənistanda konstitusiya dəyişdirilməli və ölkə yenidən prezident idarəetmə formasına keçməlidir. AzVision.az xəbər verir ki, iyunun 21 –də Qətər İqtisadi Forumu çərçivəsində təşkil edilmiş video konfrans zamanı Ermənistan prezidenti Armen Sarkisyan belə deyib.

“Əminliklə qeyd edə bilərəm ki, bizim böyük inkişaf potensialımız var, xüsusilə də İT texnologiyaları sahəsində. Lakin hər şeydən əvvəl Konstitusiyanı dəyişdirməli, prezident idarəçiliyini geri qaytarmalıyıq, çünki mövcud Konstitusiyaya görə, Ermənistan nə prezident, nə də parlament respublikasıdır”.

Xatırladaq ki, Ermənistan prezident üsul-idarəsindən parlament idarəçilik üsuluna 2015-ci ildə, Konstitusiyaya düzəlişlərə əsasən keçmişdi.

Ermənistan konstitusiyasına əsasən, prezident növbəti və növbədənkənar parlament seçkilərini təyin edir, 21 gün ərzində parlament tərəfindən qəbul olunan qanunları imzalayır. Lakin o, Milli Məclisi buraxıb yeni seçkilər təyin etmək hüququna malik deyil.

Konstitusiya üzrə nəzərdə tutulan surətdə prezident hökumətin istefasını qəbul edə bilər və baş nazirin təklifi ilə Nazirlər Kabineti tərkibində dəyişiklik edə bilər.

Səbinə Həsənova
AzVision.az

Teqlər:






Xəbər lenti