“Avro-2020”: Niderland və Avstriya pley-off mərhələsində

   “Avro-2020”:   Niderland və Avstriya pley-off mərhələsində
  21 İyun 2021    Oxunub:2128
İyunun 21-də futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun daha iki qarşılaşması oynanılıb.
Azvision.az xəbər verir ki, C qrupunun son turunda Ukrayna millisi Avstriya seçməsi ilə üz-üzə gəlib. Buxarestdəkı "Milli Arena"da keçirilən görüş avstraliyalıların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 21-ci dəqiqədə Kristof Baumqartner olub.

C qrupun digər görüşündə növbəti mərhələyə vaxtından əvvəl yüksəlmiş Niderland seçməsi səkkizdəbir final üçün şansı qalmayan Şimali Makedoniya ilə qarşılaşıb. Görüş Niderland seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Avropa çempionatının C qrupundan növbəti mərhələyə Niderland və Avstriya seçmələri çıxıb. Üç xalı olan Ukrayna millisi isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Azvision.az



Teqlər: Futbol   Ukrayna   Avstriya  





Xəbər lenti