Sabirabadda silahlı insident - Cinayət işi açıldı

  22 İyun 2021    Oxunub :394
      Sabirabadda silahlı insident    - Cinayət işi açıldı
İyunun 21-i saat 20 radələrində 1971-ci il təvəllüdlü Mirqiyas Mirmövsümovun xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Azvision.az -a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1987-ci il təvəllüdlü Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fuad Zaidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Azvision.az

Teqlər: İnsident  






Xəbər lenti