Putin Rusiyanın hər zaman qüdrətli qalacağına söz verdi

   Putin Rusiyanın hər zaman qüdrətli qalacağına söz verdi
  22 İyun 2021    Oxunub:1162
Rusiya prezidenti Vladimir Putin bu gün "Əbədi məşəl" önünə gələrək İkinci Dünya Müharibəsi zamanı həlak olmuş Sovet əsgərlərini yad edib.
Azvision.az xəbər verir ki, o, məşəl qarşısında çıxışı zamanı ölkəsinin bundan sonra da qüdrətli olacağına söz verib:

"Burada, "Əbədi məşəl" önündə müharibədən qayıtmayanların, bizi tərk edən veteranların qarşısında baş əyirik. Anım günündə bütün düşüncələrimiz və hisslərimiz onlara ünvanlanır. Bu xatirəni, bu həqiqəti qoruyacağımıza əminəm. Biz hər şey edirik və edəcəyik ki, ölkəmiz, vətənimiz həmişə böyük və qüdrətli bir güc kimi qalsın”,-deyə Rusiya rəhbəri bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Məşəl   Putin  





Xəbər lenti