Dövlət qulluğuna müraciət edən 422 namizədə "yox" deyilib

Dövlət qulluğuna müraciət edən 422 namizədə "yox" deyilib
  23 İyun 2021    Oxunub:898
Dövlət İmtahan Mərkəzi tərəfindən ötən il dövlət quluğu ilə bağlı 422 vəzifə üzrə namizədlərin müraciətlərinə imtina edilib
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, imtina səbəbləri arasında iş stajının vəzifənin tutulma şərtlərinə uyğun olmaması (34,6%), zəruri sənədlərinin təqdim edilməməsi və ya natamam təqdim edilməsi (32,46%), ümumi müsahibədə iştirak hüququnun olmaması (13,27%) üstünlük təşkil edir.

"Müsahibələrdə uğur əldə etmiş 734 namizəd 2020-ci il ərzində vakant vəzifələrə təyin edilib. Ən yüksək təyinat müsabiqə üzrə (427 nəfər / 58,17%) müşahidə edilir. Ən çox təyinat müsabiqə üzrə BB4 (223 nəfər), ümumi müsahibə üzrə BB3 (22 nəfər), daxili müsahibə üzrə isə BA3 (35 nəfər) altqruplarına aid vəzifələr üzrə qeydə alınıb.

Xatırladaq ki, müsahibələrdə uğur əldə edən namizədlər 32 məhkəmə orqanı olmaqla, ümumilikdə, 58 dövlət orqanında müvafiq vakant vəzifələrə təyin ediliblər. Dövlət orqanları tərəfindən ən çox təyinat inzibati vəzifələrin 5-ci və 7-ci təsnifatına uyğun vəzifələr üzrə aparılıb".

M.Abbaszadə bildirib ki, təyinat alan şəxslərin 153-nün (20,84%) yaşı 40-dan yuxarıdır.
"Təyin edilən şəxslər arasında müsabiqə üzrə 25-29 yaş qrupu (220), ümumi müsahibə üzrə 35-39 yaş qrupu (23), daxili müsahibə üzrə isə 30-34 yaş qrupuna (51) aid şəxslər üstünlük təşkil edir".

Azvision.az



Teqlər: Dövlət-qulluğu  





Xəbər lenti