"Qərb Ermənistana görə Türkiyə ilə mübahisə etməyəcək"- Modest Kolerov

  23 İyun 2021    Oxunub :645
   "Qərb Ermənistana görə Türkiyə ilə mübahisə etməyəcək"-   Modest Kolerov
Rusiyalı ictimai xadim, "Regnum" informasiya agentliyinin rəhbəri Modest Kolerov Ermənistandakı gərgin siyasi durumu şərh edib.
Azvision.az xəbər verir ki, erməni mediasına müsahibə verən Kolerov xalqın seçkilərdə Qarabağı əldən verən bir lideri-Paşinyanı dəstəklədiyini deyib:

"Seçicilərin yarısı seçkilərdə iştirak etdi və Paşinyana səs verdi. Başqa sözlə, Nikol elan etdiyi konstitusion çoxluğu aldı".

Kolerov qeyd edib ki, xalq müharibəni uduzan, Qarabağı itirən, Şuşanı, Hadrutu əldən verən, apardığı kampaniyalarda Qarabağın təhvil verilməli olduğuna eyham vuran Paşinyan hakimiyyətinin davam etməsinə səs verdi. Bu isə o deməkdir ki, cəmiyyət belə bir mövqeyi dəstəkləyir.

"Emosional ola bilərəm, amma deyə bilərəm ki, baş verənləri dövlət intiharı adlandırmaq olar. Bütün aktiv cəmiyyət intihara, təslimin davamına, avantüristliyə səs verdi.

Bu ölkədə ya "İskəndər"lər var idi, ya da gözə görünmədilər. PUA-lar üçün bir nazirlik yaratdılar, amma dronlar yoxdur. Humanitar yardımlar aldılar, ancaq lazımi yerlərə çatmadı, Yayılan bu sonsuz yalanlar kənardan da görünürdü. Lakin seçicilər bunu görmədilər”.

Kolerov həmçinin qeyd edib ki, o, İrəvanı Moskvanın müttəfiqi saymır. Bundan başqa ekspert Ermənistanda həmişə Rusiya bazalarının qalacağına əmin olmadığını da ifadə edib.

"Paşinyanın dövründə erməni-rus müttəfiqliyi haqqında düşünmək utopiyadır. Bu bir nəzəriyyədir. Belə bir seçim yoxdur. Rusiyada bu layihə üçün kifayət qədər dəstəkçi də yoxdur. Soçi, Rostov, Rusiya erməniləri Ermənistan ermənilərindən daha realdırdırlar. Paşinyanın Rusiyada az tərəfdarı var. Qərb Ermənistana görə heç Türkiyə ilə mübahisə də etməyəcək”, -deyə Kolerov vurğulayıb.

Tural Tağıyev

Azvision.az

Teqlər: Paşinyan   Seçki   Rusiya   Müttəfiq  






Xəbər lenti