"NATO iyirmi ildə Əfqanıstanda nəticə əldə edə bilmədi" - Şoyqu

"NATO iyirmi ildə Əfqanıstanda nəticə əldə edə bilmədi" -  Şoyqu
  23 İyun 2021    Oxunub:949
Əfqanıstandakı vəziyyətin həlli üçün təcili qərarların qəbulu və beynəlxalq əməkdaşlıq tələb olunur.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qurum üzvlərinin yeni şərtlərdə müdafiə qabiliyyətini artırmaq üçün lazımi addımlar da atılacaq", - Şoyqu qeyd edib.

Onun sözlərinə görə, Əfqanıstanla həmsərhəd olan bütün dövlətlərin, o cümlədən Pakistan və İranın təmsil olunduğu Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarından istifadə vacibdir.

"İslamabad və Tehranla qarşılıqlı əlaqə qurmadan "əfqan düyünün" açmaq mümkün deyil. NATO iyirmi ildə Əfqanıstanda nəticə əldə edə bilmədi, ittifaqın geri çəkilməsindən sonra vətəndaş müharibəsi ehtimalı yüksəkdir", - müdafiə naziri deyib.

Bildirib ki, Əfqanıstandakı vəziyyətin inkişafı həm qonşu ölkələrin, həm də beynəlxalq təşkilatların diqqətini tələb edir.

"Etiraf etmək lazımdır ki, ölkədə Qərb alyansının əhəmiyyətli bir hərbi qruplaşmasının mövcud olduğu 20 il ərzində mühüm nəticələr əldə olunmadı. NATO qüvvələri geri çəkildikdən sonra vətəndaş müharibəsinin yenidən başlaması ehtimalı böyükdür. Həmçinin, əhalinin həyatının daha da pisləşməsi, kütləvi miqrasiya, ekstremizmin qonşu dövlətlərə yayılması kimi mənfi nəticələr gözlənilir", - müdafiə naziri söyləyib.

Pərvanə Sultanova

Azvision.az



Teqlər: Əfqanıstan   SergeyŞoyqu  





Xəbər lenti