Azərbaycan COVID-19-a görə Dünya Bankından kredit almayacaq- Şərtlər qane etmir
"Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil", - M. Piriyev bildirib.
Qeyd edək ki, Azərbaycanda COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək məqsədilə hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlı layihənin dəyəri 95 mln. ABŞ dolları təşkil edirdi və bu məbləğin hamısı bankın öhdəliklərinə daxil idi. Layihənin bankın Direktorlar Şurası tərəfindən təsdiqi isə sentyabrın 6-da gözlənilirdi.
Hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfeli 10 layihədən ibarətdir və 803 mln. dollar təşkil edir. Bu ilin mayın 21-də bankın Direktorlar Şurası Azərbaycanda Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması yönəlmiş və bank tərəfindən 65 mln. dollar məbləğində kreditin ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsini təsdiqləyib.
Azvision.az
Teqlər: Kredit MaliyyəNazirliyi