Qara dənizdə insident: Rusiya sərhədçiləri ingilis gəmisinə atəş açdılar

  23 İyun 2021    Oxunub :1602
      Qara dənizdə insident:   Rusiya sərhədçiləri ingilis gəmisinə atəş açdılar
Bu gün Qara dənizdə Rusiya sərhəddinin pozulması ilə bağlı insident yaşanıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, saat 11:52-də ingilis gəmisi Rusiya sərhədini keçərək 3 kilometr irəliləyib. Sərhəd pozulması halı aşkarlandığı üçün gəmiyə silahdan istifadə ediləcəyi barədə xəbərdarlıq edilib.

“Esmineçin heyəti xəbərdarlığa reaksiya verməyib. Bundan sonra 12:06 və 12:08-də sərhəd patrul gəmisi xəbərdarlıq atəşi açıb. Doqquz dəqiqədən sonra isə, "Su-24m" qırıcısı da bombalama ilə bağlı xəbərdarlıq edərək gəmiyə doğru xəbərdarlıq atəşi açıb. Saat 12:23-də İngilis gəmisi Rusiya Federasiyasının ərazisini-dəniz sərhədlərini tərk edib. Sərhəddə yaranmış bu insidentdən sonra İngiltərə səfirliyindəki attaşe hərbi şöbəyə çağırılıb",-deyə Rusiya KİV-ləri yazıb.

Tural Tağıyev

Azvision.az

Teqlər: İnsident   Sərhəd   Rusiya   Gəmi  






Xəbər lenti