Rusiya sərhədində növbəti insident: ABŞ kəşfiyyat təyyarəsi dənizdən uzaqlaşdırıldı

      Rusiya sərhədində növbəti insident:    ABŞ kəşfiyyat təyyarəsi dənizdən uzaqlaşdırıldı
  23 İyun 2021    Oxunub:795
Oxot dənizində Rusiya və ABŞ hərbi hava qüvvələri arasında insident yaşanıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edilir ki, Rusiyanın "Su-30SM" qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsini Oxot dənizi üzərində nəzarətə götürüb.

"Rusiya radiolokasiya stansiyaları bu gün Oxot dənizi üzərində dövlət sərhədinə yaxınlaşan bir hava hədəfini tutublar. Hava hədəfini müəyyənləşdirmək və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün Şərq Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrindən "Su-30SM" qırıcısı havaya qaldırılıb. Qırıcı heyəti hava hədəfini müəyyənləşdirə bilib. Məlum olub ki, sərhədə yaxınlaşan ABŞ Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsidir (RC-135). Qırıcı təyyarəni Oxot dənizinin sularında müşayiət edib", -deyə saytlar yazıb.

Qeyd edək ki, bu, gün ərzində Rusiya sərhədində yaşanmış ikinci insidentdir. Bundan öncə ingilis gəmisi sərhədi keçərək 3 kilometr irəliləmişdi. Gəmiyə silahdan istifadəsi ediləcəyi barədə xəbərdarlıq edilib. Daha sonra isə sərhəd patrul gəmisi və qırıcı atəşi açıb.

Tural Tağıyev

Azvision.az



Teqlər: Sərhəd   İnsident   Rusiya  





Xəbər lenti