Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatdı - VİDEO

  23 İyun 2021    Oxunub :330
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatdı -    VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.



Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi  






Xəbər lenti