Ukrayna da "Hindistan ştammı"na yoluxdu

Ukrayna da "Hindistan ştammı"na yoluxdu
  23 İyun 2021    Oxunub:1012
Ukraynada koronavirusun Hindistan ştammına ilk yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin baş sanitar həkimi İqor Kuzin bildirib.

"Ukraynada koronavirusun delta ştammına iki yoluxma qeydə alınıb”, - Kuzin deyib.

Onun sözlərinə görə, virusun təsdiqlənməsi 22 iyun 2021-ci ildə Molekulyar Biologiya və Genetika İnstitutu tərəfindən həyata keçirilib.

Kuzin xəstələrin vəziyyətinin stabil olduğunu söyləyib.

Bundan əvvəl Ukrayna Nazirlər Kabineti ölkədə karantin rejiminin 31 avqusta qədər uzadılmasına qərar verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna   Virus  





Xəbər lenti