Vaksin vurdurduğu üçün mənzil qazandı

   Vaksin vurdurduğu üçün mənzil qazandı
  23 İyun 2021    Oxunub:1543
Rusiyanın Ufa şəhərinin sakini vaksin vurdurduğu üçün mənzil qazanıb.
Azvision.az xəbər verir ki, Tamara Aleksandrovna adlı rus koronavirus əleyhinə peyvənd olunanlar arasında keçirilən xüsusi bir kampaniyada ev udub.

Qeyd edilir ki, bundan öncə Ufa şəhərinin inkişafı üçün ictimai fond "Sağlam Ufa" kampaniyasına başlamışdı. Kampaniya çərçivəsində koronavirus əleyhinə peyvənd olunanlar arasında lotoreya qazananlara bir otaqlı mənzil və 10 smartfon hədiyyə ediləcəyi bildirilmişdi. Aksiyada şəhərin hər hansı bir peyvənd məntəqəsində 14 may - 20 İyun tarixləri arasında vaksinasiyadan keçmiş vətəndaşlar iştirak ediblər.

Tural Tağıyev

Azvision.az



Teqlər: Vaksin   Rusiya   Mənzil  





Xəbər lenti