"Hindistan ştamm"ı yayın sonuna kimi Avropada meydan sulayacaq

   "Hindistan ştamm"ı yayın sonuna kimi Avropada meydan sulayacaq
  24 İyun 2021    Oxunub:1212
Koronavirusun mutasiyaya uğramış yeni və təhlükəli forması olan "Delta" (Hindistan ştammı-red.) Asiyadan sonra Avropada da fəsadlar törətməyə başlayıb.
Azvision.az xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) "Delta"nın avqust ayının sonuna qədər Avropa Birliyi ölkələrində infeksiyaların 90% -ni təşkil edəcəyini proqnozlaşdırıb.

"Mövcud elmi dəlillərə əsaslanaraq deyə bilərik ki, virusun "Delta" növü digər mutasiyalardan daha çox ötürülür və avqust ayının sonunadək Avropada dolaşan bütün SARS-CoV-2 viruslarının 90% -ni təşkil edəcəyini təxmin edirik", -deyə ECDC direktoru Andrea Ammon bildirib.

O "Hindistan ştamm"ının yayda, xüsusən hələ də peyvənd edilə bilməyən gənclər arasında geniş yayıla biləcəyini ehtimal edib.

Tural Tağıyev


Azvision.az



Teqlər: Avropa   Virus   Delta  





Xəbər lenti