Tehran Mənsimov daha iki medalla mükafatlandırıldı

  24 İyun 2021    Oxunub :962
   Tehran Mənsimov daha iki medalla mükafatlandırıldı
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamlara əsasən, təltif edilənlər arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi, polkovnik Tehran Mənsimov da yer alıb.

Azvision.az xəbər verir ki, polkovnik Mənsimov Tehran Cavid oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, Tehran Mənsimov Prezidentin ötən ilin dekabrında imzaladığı sərəncamla da “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Bundan əlavə, polkovnik “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə mükafatlandırılıb.

Azvision.az

Teqlər: TehranMənsimov  






Xəbər lenti