Koronavirus detektivi: Məlumatlar ABŞ bazalarından itib

 Koronavirus detektivi:  Məlumatlar ABŞ bazalarından itib
  24 İyun 2021    Oxunub:909
2019-cu ilin sonunda Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusun orijinal variantının genetik kodu haqqında informasiyalar ABŞ-ın məlumat bazalarından yoxa çıxıb.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” xəbər yayıb. Qeyd olunub ki, informasiyalar koronavirusun ilk variantının genetik kodu haqqında məlumatı verən çinli alimlərin tələbi ilə silinib.

Məlumatlar 2020-ci ilin martında ABŞ Milli Səhiyyə İnstitu tərəfindən Uhandan alınıb. Lakin üç ay sonra Çindən olan mütəxəssislər "genetik ardıcıllıqla bağlı məlumatlar yeniləndi və dəyişdirilməlidir", deyərək onların silinməsini istəyib. Nəticədə, SARS-CoV-2 ilə bağlı ilkin məlumatlar Amerika bazalarından silinib.

Ekspertlər koronavirusun mənşəyi və Uhan laboratoriyasından sızma versiyası ilə bağlı müzakirələrin fonunda bu faktın narahatlıq yaratdığını söyləyiblər.

Xatırladaq ki, əvvəllər ABŞ-da COVID-19 virusunun süni mənşəyi ilə bağlı fərziyyə irəli sürülmüşdü. Xüsusilə, keçmiş Amerika prezidenti Donald Tramp ABŞ kəşfiyyat xidmətlərinin Uhan laboratoriyasından sızmasından sonra koronavirusun yayıldığına dair dəlillər olduğunu söylədi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   ABŞ   Virus  





Xəbər lenti