UEFA səfər qolu qaydasını ləğv edib

  24 İyun 2021    Oxunub :281
UEFA səfər qolu qaydasını ləğv edib
2021/22 mövsümündən səfər qolu qaydası ləğv olunub.
Azvision.az saytının məlumatına görə, bu barədə UEFA- nın rəsmi saytında məlumat verilib.

Qeyd edilib ki, UEFA-nın bütün klub yarışlarında iki matçdakı qolların sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq və orada da tablodakı bərabərlik dəyişməsə, penaltilər seriyasına müraciət olunacaq.

Azvision.az

Teqlər: UEFA  






Xəbər lenti