Rusiyadan qayıdan azarkeşlər Finlandiyada virusun artımına səbəb oldular

   Rusiyadan qayıdan azarkeşlər Finlandiyada virusun artımına səbəb oldular
  24 İyun 2021    Oxunub:893
"Avro-2020" matçlarından sonra Rusiyanı tərk edən futbol azarkeşlərinin Finlandiyaya qayıtması, ölkənin gündəlik yoluxma ilə bağlı statistikasında sıçrayışa səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə "Helsinki Times" məlumat yayıb.

Qeyd edilir ki, Finlandiya yığmasının "Avro-2020"in son matçlarını izləmək üçün Sankt-Peterburqa gedən bir neçə futbol azarkeşinin testi artıq arzuolunmaz nəticələr verib.

Cümə axşamı bu həftə sərhədi keçənlər arasında 80 yoluxma hadisəsinin qeydə alındığı bildirildi. Finlandiya səlahiyyətliləri indi virusa qarşı hələ də testdən keçirilməmiş 800 səyahətçini izləməyə çalışırlar.

Tural Tağıyev

Azvision.az



Teqlər: Yoluxma   Virus   Test   Finlandiya  





Xəbər lenti