"Özü ailə qurmayan adam gəlib vətəndaşa ağıl verir"- Siyavuş Novruzov

   "Özü ailə qurmayan adam gəlib vətəndaşa ağıl verir"-    Siyavuş Novruzov
  25 İyun 2021    Oxunub:742
“Televiziyada gedən verilişlərə baxırsan. Özünə ailə qurmayan adam gəlib vətəndaşa ağıl verir. Vətəndaşın ailə məsələləri ilə bağlı qanunla müəyyən edilmiş hüquqları pozulur”.
Azvision.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə deyib. Onun sözlərinə görə, bu verilişlərdə bir kənddən olan adamı çıxarıb biabır edirlər.

“Nə var verilişim yaxşı getsin. Bu funksiyanı sizə kim həvalə edib? Hansı funksiya ilə üzərinə götürüb kimisə barışdırırsan, kimisə ayırırsan, ya evləndirirsən? Ailələrin problemləri ictimailəşir. Getdikcə say azalmaq əvəzinə onların sayı daha da çoxalır. İnsanlar öz məsələsinin həllini televiziya kanallarında axtarırlar”.

Azvision.az






Teqlər: Deputat   Ailə  





Xəbər lenti