Balıqlar istidən ölür - RƏSMİ

 Balıqlar istidən ölür -  RƏSMİ
  25 İyun 2021    Oxunub:2716
Bakının Hövsan qəsəbəsindəki Qum adası deyilən yerdə balıqların kütləvi şəkildə tələf olması anomal istilərlə bağlıdır.
Bunu Azvision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqat Mərkəzinin direktoru Mehman Axundov deyib. O bildirib ki, son günlərdə havaların çox isti keçməsi, cənub-şərq küləklərinin əsməsi Bakı buxtasının dayaz yerlərində suyun temperaturunun 28-29 dərəcəyə qaxlamasına səbəb olur.

“Nəticədə oksigenin azalmasının təsirilə balıqlar tələf olub. Ölən balıqların 90 faizi kefal, qalanları kütüm, siyənək, kilkə balıqlarıdır. Belə halları əsasən iyul, avqust aylarında müşahidə edirdik. Lakin bu il iyun ayında anomal isti olduğu üçün belə hallar daha tez baş verib”.

Aytən Zəhra

Azvision.az



Teqlər: Balıq   Hövsan  





Xəbər lenti