Azərbaycanda "Hindistan ştammı"na yoluxan yoxdur - RƏSMİ

   Azərbaycanda "Hindistan ştammı"na yoluxan yoxdur -    RƏSMİ
  25 İyun 2021    Oxunub:796
Azərbaycanda koronavirusun "Hindistan ştammı"na yoluxan olmayıb.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. O bildirib ki, yeni ştammın ölkəyə gəlmə ehtimalı yüksəkdir.

“Azərbaycan digər ölkələrdən izolyasiya olunmayıb. Bu gün Türkiyənin 16 vilayətində koronavirusun "Hindistan ştammı" aşkarlanıb. Eyni zamanda dünyanın 90-dan çox ölkəsində yeni ştamm qeydə alınıb“.

Aytən Zəhra
Azvision.az




Teqlər: Hindistan-ştammı  





Xəbər lenti