İmişlidə yanan bazar söndürülüb - YENİLƏNİB

 İmişlidə yanan bazar söndürülüb -  YENİLƏNİB
  25 İyun 2021    Oxunub:1263
İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.
Bu barədə Azvision.az - a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə alovun qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Azvision.az - a bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: İmişli  





Xəbər lenti