Almaniyada bıçaqlı şəxs 3 nəfəri öldürüb -VİDEO

  Almaniyada bıçaqlı şəxs 3 nəfəri öldürüb -VİDEO
  25 İyun 2021    Oxunub:1274
Almaniyada naməlum şəxs insanlara bıçaqla hücum edib.
Azvision.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Qeyd edilir ki, hadisə Vürzburq şəhərində yaşanıb və şəxsiyyəti bəlli olmayan bir nəfərin bıçaqla yoldan keçən insanlara hücumu nəticəsində üç adam ölüb, altı nəfər isə ağır bədən xəsarətləri alıb.

"Təcavüzkar artıq tutulub və onun cinayəti tək törətməsi aşkarlanıb", -deyə şəhər polisi "Twitter"də bildirib.



Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti