43 erməni köhnə kababdan zəhərlənib

  43 erməni köhnə kababdan zəhərlənib
  25 İyun 2021    Oxunub:1370
Ermənistanda kütləvi zəhərlənmə baş verib.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, 43 nəfər Gümrü xəstəxanasına müraciət edib. Onlardan 23 nəfər ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, xəstəxanaya yerləşdirilənlər Tavuş rayonunun Ayrum kəndinin sakinləridir. Zəhərlənənlərə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Nazirlikdən verilən məlumata görə, Ayrum sakinləri piknikə çıxaraq köhnə kabab yeyiblər.

"Müalicə olunanların 16-sı uşaqdır. Kəndlilər özləri ilə gətirdiyi məhsulları soyuducuda saxlamayıblar ki, bu da kütləvi zəhərlənməyə səbəb olub", -deyə erməni KİV-ləri yazıb

Tural Tağıyev
Azvision.az



Teqlər: Kabab   Zəhərlənmə  





Xəbər lenti