İrakli Qaribaşvili: "Azərbaycan və Türkiyə ilə tərəfdaşlığı genişləndirmək niyyətindəyik"

  25 İyun 2021    Oxunub :582
İrakli Qaribaşvili: "Azərbaycan və Türkiyə ilə tərəfdaşlığı genişləndirmək niyyətindəyik"
Türkiyə Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır. Son vaxtlar Gürcüstanın Türkiyə ilə əlaqələri maksimal olaraq aktivləşdirilib.
Azvision.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə deputatların suallarını cavablandırarkən söyləyib.

Gürcüstan parlamentinin xarici əlaqələr üzrə komitəsinin sədri Nikoloz Samxaradze hökumət başçısından strateji tərəfdaşlarla münasibətlərin inkişaf pespektivləri barədə soruşub.

Baş nazir deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Gürcüstan ilə iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir.

“Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim əsas hədəflərimizdən biri olmalıdır”, – deyə İ.Qaribaşvili vurğulayıb.

Azərbaycan ilə əməkdaşlığa gəlincə hökumət başçısı deyib: “Biz, eyni zamanda Gürcüstan- Azərbaycan-Türkiyə üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq. Gürcüstan Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı üçtərəfli formatda genişləndirmək niyyətindədir”.

Onun sözlərinə görə, bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsi də nəzərdə tutulur.

Azvision.az

Teqlər: Gürcüstan   Azərbaycan   Türkiyə  






Xəbər lenti