ABŞ Əfqanıstanda "Taliban"ın mövqelərinə zərbələr endirib

  25 İyun 2021    Oxunub :429
ABŞ Əfqanıstanda "Taliban"ın mövqelərinə zərbələr endirib
ABŞ Silahlı Qüvvələri Əfqanıstanın şimalındakı "Taliban" hərəkatının mövqelərinə zərbələr endirib.
Azvision.az xəbər verir ki, bu barədə “Fox News” kanalı Pentaqonun nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hücum pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirilib.
Hücum nəticəsində Bağlan və Kunduz vilayətlərində çox sayda silahlı məhv edilib, lakin onların dəqiq sayı barədə məlumat verilməyib.

Azvision.az

Teqlər: Əfqanıstan   ABŞ  






Xəbər lenti